Balaca KarateçimizQədirli Alişan Yoçu oğlu 108 nömrəli məktəbin 5ç sinif şagirdidir.
Bakı şəhər Gənclər və İdman Bas İdarəsinin təşkil etdiyi Kyiokşan Karate üzrə Bakı şəhər Açıq Turnirində 5-9 yaşlılar arasında 25kq çəki dərəcəsində II yerə layiq görülərək diplomla təltif olunub.Balaca Alişanı təbrik edir növbəti yarışlarda uğurlar arzu edirik.
Balaca CüdoçumuzMəktəbə hazırliq qrupunda oxuyan Əliyev Kənan Vaqif oğlu Baku Judo Klubun təsis etdiyi yarışa qatılaraq 2011-2012 illər arasında Baku Judo Klub 2018 açıq birinciliyində 18 kq çəki dərəcəsində III yer tutduğuna görə Diplomla təltif olunmuşdur.5 yaşlılar qrupunda olan balaca Kənan balamıza gələcək yarışlarda uğurlar arzu edirik.
4-cü sinif şagirdinin uğuru4c sinfində oxuyan Əliyev Ramiz Vaqif oğlu müxtəlif idman yarışlarında iştirak edən məktəbin balaca şagirdidir.Ramizin növbəti uğuru Baku Judo Klubun təşkil etdiyi idman yarışında qazandiğı qələbəsidir.
2009-2010 illərdə olan yarışçılar arasında Baku Judo Klub 2018 açıq birinciliyində 34kq çəki dərəcəsində II yer tutduğuna görə Diplomla təltif olunmuşdur.Balaca şagirdimizi qələbəsinə görə təbrik edir,ona növbəti yarışlarında uğurlar arzu edirik.