HAQQIMIZDA

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyətinə uyğunlaşdırılmış, 1992-ci ildən isə orta məktəb statusunu almışdır. Məktəb 1996-cı ildən məzunumuz şəhid Cavid Nadir oğlu Nurməmmədovun adını daşıyır. 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 3 mərtəbəli yardımçı bina inşa edilmişdir. 2011-ci ildə isə Təhsil Nazirliyinin "Məktəblərin 2010-2015-ci illərdə əsaslı təmir etdirilməsi" layihəsi əsasında məktəb əsaslı təmir olunmuşdur. Müasir tədris vasitələri ilə təmin olunmuş bu təhsil ocağında 612 şagird yerlik və 28 sinif otağı var. Hazırda məktəbdə 40 sinif komplektində 1041 şagird təhsil alır. Pedaqoji işçi heyətinin sayı 63 nəfərdir. Dərslər Azərbaycan dilində tədris olunur. Məktəb 2 növbəli, dərslər 5 günlük tədris həftəsi üzrə keçirilir. Məktəbin pedaqoji və texniki işçi heyətinin əsas tərkib hissəsini məktəbin məzunları və yerli kadrlar təşkil edir. Məktəbdə sağlam mənəvi-psixoloji iqlim mövcuddur. Pedaqoji heyətin peşə ustalığının yüksəldilməsi işi uğurla aparılır. Valideyn-məktəb işi istiqamətində mütəmadi işlər həyata keçirilir. Şagirdlərin milli adət-ənənələri və vətənpərvərlik ruhunda tərbiyə olunmasına nəzarət edilir. Tədris olunan fənlər üzrə təlim nəticələrinin öyrənilməsi məqsədi ilə məktəbdaxili monitorinq aparılır. 2013-2014-cü tədris ilində qəbul faizi 78 % olmuş, 2 nəfər 500 baldan artıq, 1 nəfər isə 675 bal toplayaraq Respublikanın ən öndə gedən ali təhsil məktəblərinə qəbul olmuşlar. Hər il şagirdlər bilik yarışmalarında, müsabiqələrdə, Beynəlxalq idman yarışlarında fəal iştirak edir və müxtəlif mükafatlarla təltif olunurlar. 

II Qarabağ müharibəsi zamanı məktəbimizin 3 məzunu -Rzayev Aslan, Tağıyev Kamran,Məmmədov İbrahim   şəhidlik zirvəsinə ucalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM