“Kiçik Akademiya”nın növbəti iclası keçirildi
Yanvar ayının 28-də Kiçik Akademiyanın növbəti iclası keçirildi. İclasda məktəbin rəhbərliyi, müəllimlər, Akademiyanın üzvləri iştirak etdi. Akademiyanın sədri Rəcəbova Könül iclasın gündəliyi ilə iştirakçıları tanış etdiI və IXa sinif şagirdi Quliyeva Səidənin I yarım il ərzində Kiçik Akademiyanın fəaliyyəti ilə bağlı hesabatı dinlənildi. Daha sonra VIII a sinif şagirdləri Əliyev İskəndər və Qasımzadə Tahir “Kimya ilə rənglər” adlı təqdimatlarında müxtəlif təcrübələr nümayiş etdirdilər. VIIIb sinif şagirdi Dənizin apardığı təcrübələr də müəllim və iştirakçıların marağına səbəb oldu. VIIIa sinif şagirdi Abasova Aliyənin dünyanın ən çox oxunan kitablarından biri olan “Balaca şahzadə” romanının təhlili və dəyərləndirilməsi də uğurlu oldu. IX ç sinif şagirdi Nigar Ferziyeva “Suxurlar”, VIIc sinif şagirdi Minay isə “Leonardo Da Vinçi və onun əsərləri” haqqında araşdırma apararaq təqdimat etdilər. Təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova çıxış edərək bildirdi ki, bütün bu layihə və təqdimatlar şagirdllərdə yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq oyadır, yenilikçi və yaradıcı şagirdlərin aşkara çıxarılmasında böyük rol oynayır. İclasın sonunda KA-nın üzvləri məktəbin direktoru Nəriman Məmmədzadə tərəfindən diplom ilə təltif olundu.