"Biz Zəfər Çaldıq" növbəti turu

20.12.2020-ci il tarixdə F-512 nömrəli əmrin icrası ilə əlaqədar Sabunçu rayonu regional "Kiçik Akademiya"sının təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" intellektual müsabiqəsinin III turu baş tutdu. Müsabiqədə 35 məktəbdən 100 - dən çox şagird iştirak etmişdir. III turun mövzusu "Qarabağ və işğaldan azad olunmuş ərazilərin tarixi abidələri" ilə bağlı olmuşdur. Müsabiqə günümüzdə ən çox istifadə olunan Quizizz platforması üzərindən baş tutmuşdur. Yekun nəticələrə əsaslanaraq 65% və yüksək nəticə əldə etmiş şagirdlər IV turda - final turunda iştirak üçün vəsiqə qazanmışlar. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərimiz arasında vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə aşılanmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi