"Qarabağ tarixi 2" onlayn dərsləri

21.02.2020-ci il tarixdə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyi və Sabunçu "Kiçik Akademiya"ların birgə təşkilatçılığı ilə " Qarabağ tarixi - 2" dərslərinin Microsoft Teams platforması üzərindən ilk dərsi baş tutdu. Dərsi giriş sözü ilə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin fəalı, Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Katibi, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini İlahə Abdullazadə başladı. İ.Abdullazadə dərslərin məqsədi, şagirdlərə nələr aşılanacağı haqqında məlumatlar verdi. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, SKA-nın regional rəhbəri , Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin VMA və KA prezidenti Sərxan Şahverdiyev Cənab Ali Baş Komandan İlham Əliyev : "Biz Zəfər Çaldıq, Qarabağ Azərbaycandır!" şüarını deyərək dərsə giriş etdi. Dərs ərzində həmmüəllifi olduğu "Zəfər Tariximiz" adlı kitabdan istifadə edərək "Vətən müharibəsi və ya Ermənistanı sülhə məcburetmə əməliyyatı", "II Qarabağ müharibəsinin tarixi zəmini" haqqında məlumatları ətraflı olaraq şagirdlərin nəzərinə çatdırdı.Sonda mövzu ilə əlaqədar olaraq şagirdlərin çıxışları dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi