Nailiyyətlərimiz

Balaca karateçimiz Qasımzadə HəsənQasımzadə Həsən məktəbin IV sinif şagirdi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Milli Olimpiya komitəsi Azərbaycan Karate-do Federasiyaları Assosasiyası VKC növləri üzrə Azərbaycan Karate-do Federasiyasının 12-13 mart 2016-cı ildə İsmayıllı şəhərində keçirilən " Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş Azərbaycan çempionatında 9 yaşlılar arasında Sanbon qaydası üzrə bacarıq göstərərək III yerə layiq görülmüşdür.

İnşa yazı müsabiqəsinin ikincisi Qubadova Ayan Natiq qızıQubadova Ayan Natiq qızı məktəbin VII sinif şagirdidir. Dərs əlaçısıdır. Bütün fənlərlə maraqlanır. Məntiqi təfəkkürü və intelektual bacarığı ilə digərlərindən fərqləndiyindən III sinifdə Məntiq Olimpiadasında iştirak edərək II yerə layiq görülmüşdür. 2015-ci ildə keçirilən "Kitab böyük müəllimdir"mövzusunda inşa yazı müsabiqəsində, 2016- cı ilin fevralında "Xocalı faciəsi unudulmur" mövzusunda keçirilən inşa yazı müsabiqəsində iştirak etmişdir. 2016-cı il 27 aprel tarixində keçirilən "Heydər Əliyev və Müstəqil Azərbaycan " mövzusunda inşa yazı müsabiqəsində II yerə layiq görülüb.

Fənn olimpiadasının respublika üçüncüsü İsmayıllı Orxan Zülfüqar oğluİsmayıllı Orxan Zülfüqar oğlu birinci sinifdən məktəbimizdə təhsil alır. Hal hazırda məktəbin IX "B"sinfində oxuyur. Birinci sinifdən bu günə kimi dərs əlaçısıdır. Məktəbin ən nümunəvi, ən öndəgedən, şagirdlərindəndir. Məntiqi təfəkkürü, intelektual savadı, dünyagörüşü, dərsə davamiyyəti, nizam-intizamı ilə həmişə yoldaşlarına nümunə olub. İndiyə kimi heç bir müəllim heyətindən,şagirdlərdən zərrə qədər də olsa onunla bağlı narazıçılıq olmayıb.Tədbirlərin, bilik yarışlarının, inşa yazı müsabiqələrinin ən fəal iştirakçılarındandır. Məktəbdə təşkil olunan"Kiçik akademiya"nın prezidenti də məhz o seçilib. Bütün fənləri sevir, mükəmməl oxuyur. Elə bu səbəbdən də noyabr ayında məktəbdə təşkil olunmuş bilik yarışında öz istəyi ilə iştirak etdi. Əvvəlcə məktəb, sonra rayon ,daha sonra şəhər turunun qalibi oldu. Nəhayət, 23 aprel 2016-cı il tarixdə keçirilmiş Respublika turunda öz biliyini nümayiş etdirərək Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika üçüncüsü oldu. Bu əlbəttə hər birimizi sevindirdi. İnanırıq ki, üzərində daha çox çalışsa gələn il Respublika birinciliyinə qədər yüksələ bilər.Çünki onda o imkan var. Biz ümid edirik ki, məktəbimizin uğurları Orxanla kifayətlənməyəcək.

HAQQIMIZDA

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...

BİZİM FƏXRLƏRİMİZ

Jalə Əliyeva Zeynalabdin

Elmir Heydərov Mirsahib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi