Nailiyyətlərimiz

Lütfi-zadə adına Məktəblilərarası I Məntiq olimpiadasının finalçısı Məmmədov Rəvan Kənan oğluMəmmədov Rəvan Kənan oğlu məktəbin VII "B" sinfində təhsil alır. Sinif nümayəndəsidir. Dərslərində sinif şagirdlərindən fərqlənir. "Lütfi-zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası"nda məktəb turunda məktəb üzrə yüksək bal toplayaraq müsabiqənin final mərhələsinə yüksəlib. Final mərhələsində də digər şagirdlərdən fərqlənib yüksək bal toplayaraq diplomla təltif edilib. Yüksək zəkaya, məntiqə malik olan şagirdimizə gələcək müsabiqələrdə də uğurlar arzulayırıq, bu cür müvəffəqiyyətin davamlı olmasını arzulayırıq.

Novruzov Mirhəmid balaca karateçimizMəktəbin IV "C" sinif şagirdi Novruzov Mirhəmid karatenin Seibukai Kontakt karate növü ilə məşğul olur. Bir sıra ölkədaxili yarışlarda iştirak edib. 2016 cı ildə Seibukai kontakt karatenin II açılış kubokunda iştirak edərək III dərəcəli diploma,VIII açıq klub çempionatında II yer diplomuna,VIII Bakı şəhər açıq çempionatında II yer diplomuna,I Azərbaycan kubokunda III yer diplomuna, VI açıq Abşeron rayon turnirində I dərəcəli diplomla, Xocalı soyqırımına həsr olunmuş VIII açıq turnirdə I yer diplomu ilə ,karatenin üsul və texnikasını başa vurduğuna görə göy, göy xətt kəməri və narıncı kəmərlə 8-9-10 kyu dərəcəsi ilə sertifikatla təltif edilib.

Balaca idmançımız Muradov MircəlalMəktəbin IV"B" sinif şagirdi Muradov Mircəlal idmanın karate növü ilə məşğul olur. Bir neçə ölkə daxilindəki yarışlarda iştirak edib. Gürcüstanda keçirilən yarıışlarda da iştirak etmək hüququ qazanıb. Az müddət ərzində məşğul olmasına baxmayaraq narıncı kəmər sahibidir. Balaca idmançımıza yarışlarda uğurlar arzu edirik.

HAQQIMIZDA

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...

BİZİM FƏXRLƏRİMİZ

Əliəşrəf Qafarov Asif

Reyhanə Əliyeva Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi