Muradov Əli idman sahəsində nailiyyət qazanıbMuradov Əli məktəbin I "A" sinif şagirdidir. Qısa müddət ərzində idmanın Cüdo növü ilə məşğul olmasına baxmayaraq bir çox nailiyyətlər qazanmışdır. 18-19.11.2016 cı il tarixlərində 2000-2008- ci il təvəllüdlü idmançılar arasında" Milli Qurtuluş günü"nə həsr olunmuş Balaxanı İdman Mərkəzinin açıq birinciliyndə iştirak edərək 18 kq çəki dərəcəsində III yer tutmuşdur. 18.12.2016- cı il tarixdə Pirşağı -Kürdəxanı idman mərkəzində keçirilən açıq birincilikdə I yer tuturaq diplomla təltif olunmuşdur. 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 2000-2009-cu il təvəllüdlü idmançılar arasında açıq birincilikdə isə III yerə layiq görülərək medallarla təltif edilmişdir. Bizdə bu balaca idmançı balamıza uğurlar diləyirik, nailiyyətlərinin bol olmasını arzulayırıq.
Qubadova Ayan Natiq qızı Mərkəzi kitabxanada keçirilən inşa müsabiqəsində diplomla təltif edilibQubadova Ayan Natiq qızı məktəbin VIII "A" sinif şagirdi Sabunçu rayon Maştağa qəsəbəsinin Mərkəzləşdirilmiş kitabxanasının keçirdiyi "Mənim kitabxanam " mövzusunda inşa yazı müsabiqəsində fəal iştirakına görə diplomla təltif olunmuşdur
Musayeva Nəzrin-"Yaşasın Qüdrətli Azərbaycan Ordusu" təsviri sənət müsabiqəsinin iştirakçısıMusayeva Nəzrin məktəbin V"B" sinif şagirdi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəzi tərəfindən "26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü"nə həsr olunmuş "Yaşasın Qüdrətli Azərbaycan Ordusu" mövzusunda keçirilən respublika təsviri sənət müsabiqəsində fəal iştirakına görə təltif olunur