Məktəb idman komandamızın "Olimpiya hərəkatı" layihəsində uğurlu çıxışıBakı şəhəri Sabunçu rayonu üzrə məktəblilərin "Olimpiya hərəkatı" layihəsi çərçivəsində Atletika yarışlarında 108 nömrəli məktəbin komandası fəal iştirak etdi.Yarışda Məmmədov Cavid, Məmmədzadə Nuranə, Rəhimova Lamiyə, Miürsəliyev Murad iştirak ediblər. Şagirdlər nailiyyət qazanaraq diplomlarla təltif olunublar.
Fəal şagirdimiz Əliyeva Jalə108 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əliyeva Jalə 1-21 iyun 2015-ci il tarixində ABŞ səfirliyinin təşəbbüsü ilə ABŞ-ın Nyu Cersi, Nyu-York, Vaşinqton və Filadelfiya Ştatlarında YLP proqramı ilə iştirak etmişdir. Gənclərə liderlik və idarəetmə qabiliyyətini aşılayan bu proqramda Azərbaycanın müxtəlif rayonlarından 18 şagird və 2 müəllim iştirak etmişdir. Bu proqramda iştirak edən şagirdlər müxtəlif proyektlər hazırlanmış, ABŞ Dövlət Departamentinə təqdim etmişlər. Jalə orada ABŞ mədəniyyəti və Nyu Cersinin Rugters Dövlət Universiteti tərəfindən sertifikat ilə təltif olunmuşdur.
Məktəbimizin fəxri məzunu Əliyeva Tubu Zeynalabdin qızıEAMP 2010-2012 şagirdi Əliyeva Tubu ABŞ-a EAMP dərslərində iştirak etmək üçün səyahət edib. Dərslər iyunun 27-də Washington DC-də, digər günlərini Filadelfiya və Pensilvaniya Amish şəhərkənarı qəsəbəsində və son həftələrini isə San Dieqoda (Kaliforniya) keçirib. Orada Tubu ABŞ-ın idarəetməsi ilə bağlı treninqlərdə, mədəniyyətlərin mübadiləsi proqramında iştirak etmişdir. Tubu iştirakçılar arasında sosial mədəniyyətinə görə birinci yerə layiq görülmüşdür. İyul ayının 16-da Azərbaycana qayıtmaq üzrə San Dieqodan yola çıxmışdır. 2012-ci ilin sentyabr ayında Tubu Bakıda AZETA tərəfindən təşkil edilən EAMP Uşaqların Konfransında səfərləri barədə prezentasiya vermişdir. Tubu 2014-cü ildə məktəbi uğurla bitirmiş və 675 bal toplayaraq ADA-nın Dövlət və İctimai münasibətlər fakültəsinə daxil olmuşdur.