Nailiyyətlərimiz

4"A" sinif şagirdi Fərid Məmmədov.Fərid balamız dərsdənkənar vaxtlarda karate və boksla məşğuldur. İdmana olan sevgisi onu elmdən uzaq tutmayır. Məktəbi və müəllimlərini çox sevən Fərid başa düşür ki, Azərbaycanın təkcə cəsur yox, eyni zamanda bilikli oğullara da ehtiyacı var.

4"A" sinif şagirdi Sənan DaşdəmirovSənanı xoşbəxt edən hobbi rəsm çəkmək və onu müxtəlif əlvan rənglərə boyamaqdır. Bu onun xəyal dünyasını, təxəyyülünü və təsəvvürünü təkmilləşdirir. Sənan anlayır ki, həyatı da bu cür al-əlvan yaşamaq üçün boyalarla yanaşı, kitabları da sevmək vacibdir.

4"A" sinif şagirdi Sara Sadıqzadə.Şahmatı sevən və çox vaxt rəqibini mat edən Sara deyir ki, bütün dərslərini öyrənərkən şahmat texnikasını ora tətbiq edə bilir. Bu cür yanaşma ona öyrəndiyinin mahiyyətini daha tez və dərin qavramağa kömək edir.

HAQQIMIZDA

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu ü...

BİZİM FƏXRLƏRİMİZ

Safuraxanım Sərdarqızı Sərdar

Səidə Rəhimova Cavid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi