1"A" sinif şagirdi İbrahimli NəsirNəsir yapon döyüş sənəti olan cüdo ilə məşğuldur. Məktəbə də həvəslə başlayan Nəsir, sevimli müəlliminə deyib ki, mən qolumu cüdoda, beynimi isə burada gücləndirəcəm.
4"A" sinif şagirdi Hüseynli YusifYusif xeyli müddətdir karate ilə məşğul olur. Bu ona səbr, dözüm öyrədir, iradəsini möhkəmləndirir. Nə qədər fiziki yorğun olsa da, məktəbə həvəslə gəlir, hər gün nəsə öyrənməyə çalışır.
6"A" sinif şagirdi İnci Cəfərzadə.İnci voleybolu sevir. Məşqlərə müntəzəm qatılır. Bu onun sağlam, şən və aktiv böyüməsinə kömək edir. İnci fəal şagirddir. Dərslərində də önə çıxmağı bacarır.