7"A" sinif şagirdi Hacızadə HüseynHüseyn pazl, leqo kimi məntiqi oyunları çox sevir. Bu oyunlar onun riyazi məntiqini, yaradıcı düşüncəsini inkişaf etdirir. Bu məşğələ sayəsində məktəbdə riyaziyyat fənni üzrə uğurlu akademik nəticələri var. Hüseyn həmçinin gözəl rəsmlər çəkir. Bu istedadı isə onun zəngin mənəvi aləminin göstəricisidir.
4"C" sinif şagirdi Loğman PiriyevLoğman idmanın karate növü ilə məşğul olur. Bu onu məktəbdə də fəal şagird olmağa, daim sinif yoldaşlarını qorumağa, sahiblənməyə sövq edir. Loğman əsl Azərbaycan oğlu kimi yetişir.
3"A" sinif şagirdi Cəfərzadə SədəfSədəf rəsm çəkməyi sevir. Bu istedadlı balamız rəngarəng xəyallarını boyalarla canlandırır. Bu hobbi onun yaradici təfəkkürünü inkişaf etdirir və bir çox fənlər üzrə akademik uğuruna zəmin yaradır.