8"C" sinif şagirdi Sadıqzadə ArzuO 4 ildir ki, fortepionoda ifa edir. Əvvəl həvəskar kimi başlayan Arzu hal-hazırda istedadını orta məktəblə yanaşı musiqi məktəbində də təhsil almaqla daha da təkmilləşdirir. Arzu hesab edir ki, musiqi ilə məşğul olmaq onun zehni istirahətini təmin edir və akademik uğurlarına müsbət təsir göstərir.
1"B" sinif şagirdi Güləhmədzadə AylıinAylın artıq 1ildir ki, bədii gimnastika ilə məşğul olur. Yarışlarda, müsabiqələrdə iştirak etmək, ardıcıl fiziki məşqlər etmək Aylinin sağlam, pozitiv, ünsiyyətcil və aktiv bir şagird kimi özünü ilk gündən məktəb mühitində təsdiqləməsinə imkan verib.
1"A" sinif şagirdi Yəhyayeva Nur.Nur məktəbdənkənar zamanlarda bədii gimnastika ilə məşğul olur. Bu məşguliyyət onun sosial, aktiv və sağlam böyüməsinə dəstək olur. Qazandığı bu xarakterik xüsusiyyətlər onu həm də uğurlu şagirdə çevirib.