Nailiyyətlərimiz

Şagirdimiz AMO beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazanıbAmerika Riyaziyyat olimpiadası (AMO) SİMCC və Cənubi İlliyons Universitetinin (SİU) birgə təşkil etdiyi ibtidai, orta və tam orta təhsil pillələrinin şagirdləri üçün beynəlxalq riyaziyyat müsabiqəsidir. 96 nömrəli tam orta məktəbin 8"B" sinif şagirdi Məhəmməd Hacılı bu olimpiadaya qatılaraq, qalib olub və qızıl medal əldə edib. Şagirdimizin bu uğuru bizi çox sevindirib və qürurlandırıb. Şagirdimiz Məhəmmədin bundan sonra da məktəbin adını bir çox yarışlarda ucaldacağına əminik.

Şagirdimizin uğuruMəktəbimizin 7 "C" sinif şagirdi Həsənov Yusif Elşən oğlu ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş turnirdə kikboks idman növü üzrə 1-ci yerin qalibi olub. Şagirdimizi bu qələbə münasibəti ilə məktəb rəhbərliyi adından təbrik edir və ona davamlı uğurlar arzu edirik.

8"C" sinif şagirdi Sadıqzadə ArzuO 4 ildir ki, fortepionoda ifa edir. Əvvəl həvəskar kimi başlayan Arzu hal-hazırda istedadını orta məktəblə yanaşı musiqi məktəbində də təhsil almaqla daha da təkmilləşdirir. Arzu hesab edir ki, musiqi ilə məşğul olmaq onun zehni istirahətini təmin edir və akademik uğurlarına müsbət təsir göstərir.

HAQQIMIZDA

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu ü...

BİZİM FƏXRLƏRİMİZ

Fatimə Aşımova Rəfael

Pəri Qəribli Xəlil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi