Nailiyyətlərimiz

11"A" sinif şagirdi Həcər Ağayeva.Həcərin arzuları böyükdür. Universitetə hazırlaşır. Məsuliyyəti çoxdur. Amma hobbisinə də vaxt ayırır. Rəsmlərini sevgi ilə yaradır. Rənglər onun al-əlvan xəyal dünyasının gerçək təzahürüdür. Rəsm çəkmək ona daxili sakitlik, harmoniya və dinclik bəxş edir. Akademik uğurlarını artırır.

9"A" sinif şagirdi Səidə Abdulkərimova və 6"B" sinif şagirdi Simuzər Abdulkərimova.Bu iki gözəl qızımız çox istedadlı və bacarıqlıdırlar. Bir-birindən gözəl rəsmləri var. Səidənin və Simuzərin yaratdıqları əsərlər onların zəngin ruhlarının yansımasıdır. Onlar təkcə bacarıqlı rəssam deyillər. Həm də ən fəal şagirdlərdəndirlər. Bu bacıların gələcəyə dair böyük planları var. Rəsm çəkmək hobbiləri onlara təmkinli və səbrli olmağı, insanları daha yaxşı duymağı, rahatlıqla empatiya qurmağı öyrədib. Bunun sayəsində onlar hər ikisi sinif yoldaşlarının və müəllimlərinin sevimlisidirlər.

3"B" sinif şagirdi Aydan Məmmədli.Aydan əlaçıdır. Həm də ölkələrarası ikincilik uğuru olan bacarıqlı gimnast və rəqqasdır. Sinif yoldaşları arasında da fəallığı ilə fərqlənir.

HAQQIMIZDA

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu ü...

BİZİM FƏXRLƏRİMİZ

Yusif Ibrahimov Rövşən

Nərgiz Talıbova Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi