7"A" sinif şagirdi Əbdürrəhman Qasımov.Əbdürrəhman karate ilə məşğuldur. Çoxlu medalları var. Cəsur oğlandır. Hesab edir ki, qələbə qazanmaq üçün çox çalışmaq lazımdır: həm döyüşlərdə, həm də məktəbdə.
3"B" sinif şagirdi Nihad Mikayılov.Nihad karate ilə məşğuldur. Diplomları, medalları var. Sakit, mehriban şagirddir. Dərslərinə səylə çalışır.
8"B" sinif şagirdi Ramilə Məmmədli.Ramilə milli rəqs və gimnastika ilə məşğuldur. Sağlam bədəndə sağlam ruh olar, deyir. Hədəfləri başqadır. Maraqlı və hərtərəfli insan kimi yetişmək üçün müxtəlif sahələrdə özünü sınayır.