7"B" sinif şagirdi Kamal Hüseynov.Kamal fəal şagirddir. İctimai işlərdə hər zaman öndədir. Gözəl nağara ifaçısıdır. Musiqi təhsili də alır. Nağarada solo ritmə görə ikinciliyi var.
8"C" sinif şagirdi Aysu Abışova.Aysu əlaçıdır. Dərslərində səylə çalışır. Orta məktəblə yanaşı misiqi məktəbində də təhsil alır. Gözəl xanəndədir. Müxtəlif yarışların qalibidir. Tək arzusu tezlikə yenidən qurulmuş Qarabağda məlahətli səsi ilə Qarabağ şikəstəsini ifa etməkdir.
2"B" sinif şagirdi Rüfət Həbibli.Rüfət musiqi məktəbinin muğam şöbəsində təhsil alır. Milli muğamlarımızı ifa edərkən körpə ahəngi, həzin , yanıqlı səsi ilə hər kəsin qəlbini fəth etməyi bacarır. Məktəb tədbirlərinin fəal iştirakçısıdır.