Nailiyyətlərimiz

Şagirdimizin uğuruBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2021- ci ilin oktyabr-dekabr aylarında keçirilmiş " Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri 10 mart 2022- ci il tarixində BŞTİ-nin keçirdiyi mükafatlandırılma tədbirində təltif olunublar. Sevindirici haldır ki, bu şagirdlərin sırasında 96 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Alıyeva Aynur İlqar qızı da olub. 11.03.2022-ci il tarixində məktəbin direktoru Mehriban Hacıyeva təşəkkürnamə ilə təltif olunmuş şagirdimizlə görüşərək, onu təbrik edib, ona gələcək müsabiqələrdə daha böyük uğurlar arzu edib.

Şagirdlərimiz "Makerthon 2022” də22.02.2022 tarixində artıq 2-ci dəfə STEAM layihəsi tətbiq olunan məktəb və mərkəzlər üçün təşkil olunan "Makerthon" yarışması keçirilib. Təhsil Texnologiyaları Mərkəzində baş tutan “Makerthon 2022” yarışına qatılaraq 3-cü tura gəlməyi bacaran 96 nömrəli tam orta məktəbin 7”C” sinif şagirdləri Muradov Ağakişi ve Cəfərli Hüseyn iştirak sertifikatı ilə qayıtsalar da növbəti dəfə üçün yaxşı təcrübə və yüksək iştirak stimulu qazanıblar. Şagirdlərimizin STEAM müəllimi və layihə rəhbəri Kəmalə Ələkbərovaya da , Hüseyn və Ağakişiyə də məktəb rəhbərliyi adından təşəkkür edirik.

Məktəbin uğuru11 Dekabr 2021 ci il tarixində məktəbin 7”B” sinif şagirdi Hacılı Məhəmməd OWLYPIA online mərhələsində OWLINS kateqoriyasına görə elm və texnologiya fənnindən BRONZE MEDAL almışdır.

HAQQIMIZDA

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu ü...

BİZİM FƏXRLƏRİMİZ

Aytac Əhmədova İmam

Sübhan Ələsgərli Elnur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi