TəşəkkürnaməBakı şəhəri 96 nömrəli tam orta məktəb Pedaqoji kollektivin səmərəli və uğurlu fəaliyyətinə, təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırdığına, gənc nəslin vətənpərvərlik , azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsinə, şagirdlərin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.
Balaca cüdoçumuz5-9 Dekabr tarixlərində məktəbin 1"A" sinif şagirdi Məmmədov Fərid "Cüdo" idman növü üzrə öz yaşıdları arasında 25 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. Dünya Budo Döyüş Sənəti Federasiyası tərəfindən diplom və medalla təltif olunmuşdur.
Rəsm müsabiqəsi20 noyabr –BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının qəbul edilməsi günü ilə əlaqədar “Mən və mənim hüquqlarım” mövzusunda rəsm müsabiqəsində 4”A” sinif şagirdi Dəmirova Sevda fəal iştirakına görə diplomla təltif edilmişdir.