Məktəbimizin uğuruSabunçu rayon orta ümumtəhsil məktəblilərinin arasında keçirilmiş “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı müsabiqəsində Əhmədov Əhməd Musa oğlu fərqləndiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub.
Fənn olimpiadasının qalibiAslanlı Şüeyib Rövşən oğlu 30 avqust 2004-cü ildə anadan olub. Məktəbimizin VIII sinif şagirdidir.
2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə IX siniflər arasında III yerə layiq görülüb və Təhsil Nazirliyi tərəfindən bürünc medala layiq görülüb.
Olimpiadada uğurumuz05.05.2018-ci il tarixində Bakı şəhər məktəblərinin Fizika fənn oimpiadasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən yekun mərhələsində fəal iştirakına görə Bakı şəhəri, 96 saylı orta məktəbin şagirdi Əfəndiyev Fikrət Fərhad oğlu Fəxri Fərmanla təltif olunmuşdur.