Müsabiqə qalibləriAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Sabunçu Rayon Gənclər və İdman idarəsinin Sabunçu rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında 12.01.2017-ci il tarixində keçirdiyi " 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı müsabiqəsində fərqləndiyinə görə məktəbimizin 10 c sinif şagirdi Rəcəbova Nəzrin Ceyhun qızı diplomla təltif olunmuşdur.
Müsabiqə qalibləriMəktəbimizin 11c sinif şagirdi İmanova Firuzə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin 16.11.2016-cı il tarixində birgə keçirdiyi Milli Dirçəliş gününə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və Müstəqil Azərbaycan" adlı inşa yazı müsabiqəsində III- yeri tutduğuna görə diplomla təltif olunmuşdur.
Müsabiqə qalibləriBakı şəhəri Təhsil İdarəsinin "İstək " liseyində keçirdiyi "Lütfi Zadə" adına Məktəblilərarası I Məntiq Olimpiadasında məktəbimizin 7b sinif şagirdləri Sadıqlı Ümid və Rəhimli Davud qalib olmuşdur.Rəhimli Davud bürünc medalla, Sadıqlı Ümid isə gümüş medalla mükafatlandırılmışdır.