İlin ən yaxşı məzunu2014-2015-ci tədris ilində məktəbimizin 11b sinif şagirdi Əliyeva Ayçin Rauf qızı ali məktəblərə qəbul imtahanında 691 bal toplayaraq " İlin ən yaxşı" məzunu adına layiq görülmüşdür. O, Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olmuşdur.
Bakı məktəblilərinin mini-futbol çempionatı"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini-futbolun inkişafına dəstək vermək məqsədilə Bakı məktəblilərinin mini-futbol çempionatı keçirilmişdir.
Təhsil Nazirliyinin AFFA ilə birgə keçirdiyi yarışa paytaxtda yerləşən 305 məktəbdən 3660 nəfər 8-ci sinif şagirdi qatılmışdı. Yarışın nəticələrinə görə məktəbimizin komandası III yeri tutmuş, Təhsil Nazirliyi tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA baş katibinin müavini Sərxan Hacıyev və idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Son üç ildə məktəbin nailiyyətləriSon üç ildə məktəbi ümumiorta və tam orta təhsil üzrə bitirən məzunların ali və orta ixtisas məktəblərinə qəbul faizində xeyli irəliləyiş olmuşdur.
Belə ki, 2012-ci ildə tam orta təhsil üzrə məəəktəbi bitirən 77 nəfər məzundan 72 nəfər ali məktəbə sənəd vermiş, onlardan 40 nəfəri ali məktəbə ,4 nəfəri orta ixtisas məktəbləinə qəbul olunmuş ,2nəfəri 600-dən artıq bal toplamışdır.
2013 cüildə ali məktəbə sənəd vermiş 44 nəfər məzunun 25 ali məktə ,3nəfri ortaixtisasməktəblərinə ;
2014 cü ildə 62 nəfər məzunun 52 nəfəri ali məktəbə sənəd vermiş onlardan 35 nəfəri ali məktəbə , 3 nəfəri orta ixtisas məktəbinə qəbul olunmuş , 7nəfəri 500-600 bal, 1nəfər 600 -dən artıq bal toplamışdır.