Məktəbimizin uğuru10 may 2018-ci il tarixində Bakı şəhəri, İlqar Əliyev adına 96 № li tam orta məktəb Sabunçu rayonu məktəbləri arasında keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Mini Futbol” turnirində III yer tutduğuna görə Sabunçu rayonu Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla təltif olunmuşdur.
Məktəbimizin daha bir uğuruMəktəbimizin 7a sinif şagirdi Dəniz Cəfərova Təhsildə İnkişaf və İnnovasiya üzrə birinci qrant müsabiqəsi layihəsi çərçivəsində keçirilən Bakı şəhəri üzrə Məktəblilərarası Fənn Müsabiqələrində Fizika fənni üzrə ikinci yer tutduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplomla təltif edilmişdir.
Şahmatda uğurumuzMəktəbimizin 4a sinif şagirdi Hacızadə Bahar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi 10 yaşadək qızlar arasında Şahmat üzrə Bakı şəhər birinciliyində II yerə layiq görülmüşdür. Diplom və medalla təltif olunmuşdur.