Balaca İsmayılın böyük uğuruAzərbaycan Respublikası Kung-Fu Federasiyasının Xocavənd İdman Klubunun "Qarabağ"a həsr olunmuş Kung-Fu döyüş növü üzrə 20-21 oktyabr 2018-ci il tarixində məktəbimizin 4"C" sinif şagirdi İsrafilov İsmayıl 23 kq çəki dərəcəsində I yeri tutduğuna görə Azərbaycan Kung-Fu Federasiyası tərəfindən diplomla təltif olunmuşdur.
Nihadın idman uğurları6"C" sinif şagirdi Nihad Qəhrəmanlı idmanla kiçik yaşlarından məşğul olur. O, şəhid- Toğrul Fərəczadənin xatirəsinə həsr edilmiş UŞU idman növü üzrə Respublika turnirində 36 kq çəkidə III yerə layiq görülmüşdür. O, MMA idman növü üzrə bir çox yarışlarda iştirak etmiş, diplom və medallar qazanmışdır. Ona uğurlar arzulayır və yeni yeni qələbələr gözləyirik.
Fənn müsabiqəsinin qalibi2018-2019-ci tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən IV Fənn Müsabiqələrində Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlixanlı Səma Ceyhun qızı riyaziyyat fənni üzrə II yer tutduğuna görə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən diplomla, məktəbimizin riyaziyyat müəllimi Əsədova solmaz Əliş qızı isə Təşəkkürnamə ilə təltif olunmuşdur.