Nailiyyətlərimiz

Şagirdimiz idmanda uğur qazanıb96 nömrəli məktəbin 8"C" sinif şagirdi Qasımov Nurlan Fuad oğlu karate idman növü üzrə Bakı şəhəri üzrə yeniyetmələr arasında Atom İdman Klubunun təşkil etdiyi açıq çempionatda uğurla iştirak edərək 2ci yerə layiq görülüb və gümüş medalla təltif olunub.Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova 19.05.2022-ci il tarixdə Nurlanla görüşüb, onu təbrik edib, uğurlarının davamlı olmasını diləyib.

Şagirdimizin uğuru2006-cı ildə yaradılmış SASMO Asiyada ən böyük riyaziyyat müsabiqələrindən biridir. 2006-cı ildə 155 yerli iştirakçıdan SASMO 2022-ci ildə 28 ölkədən 33000-dən çox iştirakçıya qədər genişlənib. 96 nömrəli tam orta məktəbin 6"A" sinif şagirdi Mustafayev Rəşad SASMO 2022-yə qatılaraq gümüş medala layiq görülüb. Bu böyük qələbədə payı olan 96 nömrəli tam orta məktəbin müəllimləri xəbəri böyük sevinclə qarşılayıb. Məktəbin direktoru Mehriban Hacıyeva Rəşadla görüşərək, onu təbrik edib, uğurlar diləyib.

Daha bir uğurumuz96 nömrəli tam orta məktəbin 9"A" sinif şagirdi Abbasov Yaşar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş 2007-ci il təvəllüdlü 75 kq çəki dərəcəli idmançılar arasında keçirilmiş yunan-roma güləşi yarışında 2-ci yerə layiq görülüb. Şagirdimizin bu sevincini onunla paylaşaraq, onun uğurlarının davamlı olmasını arzu edirik

HAQQIMIZDA

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu ü...

BİZİM FƏXRLƏRİMİZ

Şüeyyib Aslanlı Rövşən

Famil Məmmədov Elbrus

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi