Xocalısız 27 il

Məktəbimizdə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.  “Xocalı uşaqların gözü ilə”, “Xocalıya gedən yol”, “Qanlı gecə”, “Xocalısız 27 il” mövzularında dərslər, “Dəyirmi masa”, ədəbi-bədii kompozisiyalar , rəsm müsabiqəsi təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdirdilər.  Xocalı soyqırımı ilə əlaqədar məktəbdə divar qəzetləri, guşələr hazırlanıb, məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi