Şagirdlərlə yol hərəkəti qaydaları

16 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdlərə yol hərəkəti qaydaları barədə bilik vermək, onların təhlükəsizlik vərdişlərini gücləndirmək və məsuliyyətli piyadalar kimi formalaşmasına dəstək olmaq olub.

Tədbirdə müxtəlif siniflərin şagirdləri aktiv iştirak ediblər.

• 2 “B” sinfi – müəllim İsgəndərova Fəridə,

• 3 “B” sinfi – müəllim Mustafayeva Lalə,

• 4 “A” sinfi – müəllim Səmədova Səidə,

• 3 “C” sinfi – müəllim Xanım Ələkbərova-Əlixanlı tərəfindən təmsil olunub.

Tədbirin təşkilatçısı məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Nigar Süleymanova olub.

Şagirdlər yol nişanları, piyada keçidlərindən istifadə qaydaları, məktəb ətrafında təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb, praktiki nümunələr üzərində izahlarla çıxışlar edilib. Tədbir maraqlı sual-cavab və interaktiv hissələrlə davam etdirilib, şagirdlər öz biliklərini bölüşüb və təhlükəsiz davranış barədə vacib qaydaları öyrəniblər.

Bu cür tədbirlər məktəbdə şagirdlərin həyat təhlükəsizliyi istiqamətində maarifləndirmə işlərinin sistemli şəkildə davam etdirilməsinin göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi