20 Yanvar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15481437625c46cc92853b09.72719304.jpg)
Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü məktəbimizdə də qeyd olunub. Bu gün ilk dərslərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbimizdə “20 Yanvar-Xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda divar qəzetləri, güşələr hazırlanmışdır, təşkilat saatları, inşa və rəsm müsabiqələri keçirilmişdir. Şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət etmişdir. Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədəkarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək!