Mehdi Hüseynzadə 100 il
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15456443655c20a94dd45037.59655978.jpg)
24.12.2018-ci il tarixində məktəbimizdə Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirildi. Tədbirdə Mehdi Hüseynzadənin həyatı, fəaliyyəti və II Dünya Müharibəsi dövründə göstərdiyi qəhrəmanlıqlar barədə məlumat verildi. Onun keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” filmi nümayiş olundu. Mehdi Hüseynzadənin həyatı və hərbi fəaliyyətinə həsr olunmuş sərgi təşkil olundu.