1"A" Əlifba bayramı

05 iyun 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə 1”B” sinfinin şagirdləri üçün unudulmaz bir gün yaşanıb. Balaca məktəblilər ilkin savadlanma mərhələsinin uğurla başa çatmasını – yəni əlifbanı tam mənimsəmələrini təntənəli şəkildə qeyd ediblər.

Əlifba bayramı uşaqların bir illik zəhmətini, öyrəndikləri hərfləri, oxuma və yazma bacarıqlarını nümayiş etdirdikləri sevincli bir tədbir olub. Şagirdlər tədbir boyu şeir parçaları söyləyib, mahnılar oxuyub, səhnəciklər göstərib və əlifbanın hər hərfi ilə bağlı maraqlı çıxışlar ediblər. Zəhmət və sevgi ilə hazırlanan bu proqram valideynlər və məktəb kollektivinin böyük marağına səbəb olub.

Bayramın təşkili və keçirilməsində sinif müəllimi Çiçək Daşdəmirovanın əməyi xüsusi qeyd edilməlidir. Onun rəhbərliyi altında hazırlanan tədbir, uşaqların yaradıcılıq qabiliyyətlərini və səhnə mədəniyyətini ortaya qoymaqla yanaşı, eyni zamanda onların təhsilə olan marağını da daha da artırıb.

Tədbirin sonunda məktəbin rəhbərliyi şagirdləri təbrik edib, onlara əlifba diplomları və kiçik hədiyyələr təqdim edib. Valideynlər isə övladlarının ilk uğurlarına şahidlik etməkdən qürur duyub və müəllimə təşəkkürlərini bildiriblər.

Əlifba bayramı, şagirdlərin təhsil yolunda atdığı ilk böyük addımın rəmzi kimi yaddaşlara yazılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi