Əlifba bayramı

2025-ci il 4 iyun tarixində 96 nömrəli tam orta məktəbin 1"C" sinfində böyük sevinclə və coşqu ilə “Əlifba bayramı” keçirilib. Bu əlamətdar gün şagirdlərin bir il ərzində qazandıqları bilik və bacarıqların nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Balaca məktəblilər bu bayramda oxuma-yazma öyrənmək kimi böyük bir mərhələnin uğurla başa çatmasını qeyd ediblər.

Tədbirin təşkilatçısı və sinif rəhbəri Gülarə Hüseynova olub. Onun rəhbərliyi və zəhməti ilə şagirdlər gözəl bir proqramla çıxış ediblər. Bayram çərçivəsində uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, səhnəciklər nümayiş etdiriblər. Tədbir valideynlərin və müəllim heyətinin böyük marağına səbəb olub və hamının ürəyincə keçib.

Əlifba bayramı həm də şagirdlərdə özünəinamın, səhnə mədəniyyətinin və kollektiv ruhun formalaşmasına təkan verən önəmli bir addım olub. Balacaların sevinci və ifaları tədbiri daha da rəngarəng edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi