Rəsul Rza irsinə həsr olunmuş təqdimat

30 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin akt zalında Kiçik Akademiyanın II yarımil hesabat konfransı çərçivəsində əlamətdar bir təqdimat keçirilib. Tədbirin əsas mövzusu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illiyinə həsr olunub.
Humanitar kafedranın təşkilatçılığı ilə keçirilən təqdimatda məktəbin 7”B” və 8”A” sinif şagirdləri iştirak ediblər. Təqdimatın təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Həsənova olub. Sinif rəhbərləri Fatimə Hacıyeva və digər müəllimlərin də fəal iştirakı tədbirin yüksək səviyyədə təşkilinə töhfə verib.
Təqdimat zamanı şagirdlər Rəsul Rzanın yaradıcılığını əks etdirən şeirlər səsləndirib, şairin həyatı və ictimai fəaliyyəti haqqında maraqlı faktları auditoriyaya çatdırıblar. Tədbir həm də vətənpərvərlik, ədəbi-bədii zövqün formalaşması və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Məktəb rəhbərliyi təqdimatı yüksək qiymətləndirərək bu kimi layihələrin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb. Kiçik Akademiya çərçivəsində təşkil olunan belə təşəbbüslər şagirdlərin intellektual və yaradıcı potensialının inkişafına geniş imkanlar yaradır.