1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin akt zalında təşkil olunub və şagirdlər üçün həm əyləncəli, həm də maarifləndirici bir bayrama çevrilib.
Tədbirdə məktəbin 1"A" 1"C", 4"B" və 4"C" siniflərinin şagirdləri fəal iştirak ediblər. Balaca məktəblilər müxtəlif şeirlər, mahnılar, səhnəciklər və rəqs nömrələri ilə çıxış ediblər. Tədbir zamanı uşaqların istedad və bacarıqları nümayiş olunub, onların sevinci və həyəcanı isə hər kəsin üzündə təbəssüm yaradıb.
Məktəbin müəllim və valideynləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub və uşaqlar üçün maraqlı oyunlar, viktorinalar keçirilib. Tədbirin məqsədi uşaqlara sevgi və qayğının göstərilməsi, onların hüquqlarının qorunması mövzusunda maarifləndirmə aparmaq olub.
Bu əlamətdar gün münasibətilə təşkil olunan tədbir uşaqlara unudulmaz anlar yaşadıb və onların bayram əhval-ruhiyyəsini daha da yüksəldib.