Məktəbəhazırlıq qruplarında tədrisin sonu

96 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ili çərçivəsində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında tədris prosesi uğurla başa çatıb. Bu münasibətlə 29 may 2025-ci il tarixində məktəbdə qrup müəllimlərinin təşkilatçılığı ilə bağlanış tədbiri keçirilib.

Bağlanış tədbirində valideynlər, məktəb rəhbərliyi və müəllim heyəti iştirak edərək balaca şagirdlərin bir il ərzində qazandıqları bilik və bacarıqlara şahidlik ediblər. Tədbirdə uşaqlar tərəfindən şeirlər söylənilib, mahnılar ifa olunub, səhnəciklər nümayiş etdirilib. Bu çıxışlar onların sosial bacarıqlarının, sərbəst ifadə və özünəinam duyğusunun formalaşdığını bir daha sübut edib.

Sonda müəllimlər tərəfindən məktəbəhazırlıq təhsilini uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub. Bu sertifikatlar onların ibtidai sinfə keçid mərhələsində simvolik bir başlanğıc göstəricisi olub.

Məktəbin rəhbərliyi müəllimlərin əməyi və valideynlərin dəstəyi ilə məktəbəhazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, uşaqlara gələcək təhsillərində uğurlar arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi