28 May- Müstəqillik gününə həsr olunmuş dəyirmi masa

27 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin kitabxanasında 8-ci sinif şagirdlərinin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlərin müstəqillik ideyasının mahiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun müasir dövlətçilikdə oynadığı mühüm rolu haqqında olan biliklərinin artırılması olub.
Dəyirmi masada şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəbləri, fəaliyyəti və süqutu haqqında ətraflı məlumat verilib. Tarixi faktlarla zəngin olan çıxışlar zamanı şagirdlər ölkəmizin müstəqillik uğrunda keçdiyi çətin və şərəfli yol barədə maarifləniblər.
Tədbirin təşkilatçısı Nigar Süleymanova olub. Tarix müəllimləri Nəzakət Əzizzadə və Türkan İsmayılova şagirdlərlə maraqlı və interaktiv müzakirələr aparıb, onların suallarını cavablandırıblar. Kitabxana müdiri Ofelya İsmayılova isə mövzuya uyğun ədəbiyyat sərgisi təşkil edib və şagirdlərə kitabxanada olan müvafiq nəşrlər barədə məlumat verib.
Tədbirin sonunda şagirdlər dövlətçilik tariximizə dair əldə etdikləri bilikləri bölüşüb, Azərbaycan Respublikasının müstəqilliyinin əbədi və dönməz olacağına dair fikirlərini ifadə ediblər.