“Erkən nikaha “YOX” deyək!”

01 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə reproduktiv sağlamlıq mövzusunda vacib maarifləndirici tədbir keçirilib. Görüş “Erkən nikaha YOX deyək!” devizi altında təşkil olunaraq məktəbin 8-ci sinif şagirdlərini əhatə edib. Qız və oğlan şagirdlərlə ayrı-ayrılıqda keçirilən bu tədbir onların yaş xüsusiyyətləri və psixoloji inkişaf səviyyələri nəzərə alınaraq interaktiv şəkildə aparılıb.

Tədbirin əsas məqsədi erkən nikahın mənfi nəticələri, hüquqi, tibbi və sosial fəsadları barədə şagirdləri maarifləndirmək, onların fərdi qərarvermə bacarıqlarını və gələcəyə məsuliyyətli yanaşmalarını gücləndirmək olub. Görüş zamanı şagirdlərə erkən nikahın:

• təhsildən yayınma riski,

• psixoloji və fiziki travmaları,

• erkən valideynlik çətinlikləri,

• reproduktiv sağlamlığa mənfi təsirləri barədə geniş məlumat verilib.

Tədbirdə həmçinin iştirakçılar arasında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və şüurlu seçimlər etməyin əhəmiyyəti vurğulanıb.

Bu cür tədbirlər məktəblilərdə sağlam həyat tərzi və düzgün qərarvermə vərdişlərinin formalaşmasında mühüm rol oynayır və gələcəkdə məsuliyyətli, məlumatlı və sağlam fərdlərin yetişməsinə töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi