“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş

30 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) əməkdaşı Bənövşə Tağıyeva tərəfindən V və VI sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Görüşün əsas məqsədi yeniyetmələrə onların yaşına uyğun şəkildə bədənləri, sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında ilkin məlumatlar vermək, həmçinin onların maariflənməsinə və sağlam gələcək seçimləri etmələrinə dəstək olmaq olub.
Tədbir zamanı Bənövşə Tağıyeva şagirdlərə gigiyena, yeniyetməlik dövründə baş verən dəyişikliklər, şəxsi sərhədlər və düzgün məlumat əldə etməyin əhəmiyyəti barədə aydın və interaktiv formada təqdimatla çıxış edib. Şagirdlər mövzu ilə bağlı suallar verib, aktiv iştirak ediblər.
Görüş pedaqoji heyət tərəfindən də yüksək qiymətləndirilib və məktəbdə bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyi vurğulanıb.