12 nömrəli Bakı Peşə Liseyində “Açıq qapı günü”

25 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 9”A”, 9”B” və 9”C” siniflərinin bir qrup şagirdi 12 nömrəli Bakı Peşə Liseyində təşkil olunan “Açıq qapı günü” tədbirində iştirak ediblər.
Tədbirin məqsədi şagirdlərə müxtəlif peşə ixtisasları barədə ətraflı məlumat vermək, onların gələcək peşə seçimində düzgün istiqamətləndirilməsinə dəstək olmaq olub. “Açıq qapı günü” çərçivəsində şagirdlər liseyin müxtəlif ixtisas sahələri, tədris şəraiti və praktiki məşğələləri ilə tanış olublar. Peşə müəllimləri tərəfindən şagirdlərə ixtisaslar barədə təqdimatlar edilib, sualları cavablandırılıb.
Şagirdlər bu səfərdən böyük maraq və məmnuniyyətlə ayrılıblar. Onlar peşə istiqamətləri barədə yeni biliklər əldə etməklə yanaşı, öz gələcək planlarına dair daha aydın təsəvvür formalaşdırıblar.
Ekskursiyaya məktəbin müəllimləri Kərimova Samirə və Səmədova Şəlalə rəhbərlik ediblər.