23 Aprel Beynəlxalq Oxu Günü

23 Aprel – Beynəlxalq Oxu Günü münasibətilə 96 nömrəli tam orta məktəbdə 4”B” sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdlərdə mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi və bədii əsərlərin müzakirəsi vasitəsilə onların təfəkkürünün zənginləşdirilməsi olub.
Tədbir çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi müzakirə olunub. Şagirdlər əsərin məzmunu, ideyası və müəllifin verdiyi əsas mesajlar haqqında fikir mübadiləsi aparıblar. Əsərdəki humanizm ideyaları, ədalət, mərhəmət və dostluq kimi dəyərlər xüsusi vurğulanıb.
Tədbirin təşkilatçılığı Nigar Süleymanova tərəfindən həyata keçirilib. Müzakirələrdə kitabxana müdiri Ofelya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, 4”B” sinifinin müəllimi Pərvanə Qurbanova və məktəbin psixoloqu Sevinc Abdullayeva da fəal iştirak ediblər. Onlar uşaqlara əsərin mənəvi-əxlaqi dəyərləri və mütaliənin insan həyatındakı rolu barədə ətraflı izahlar veriblər.
Şagirdlər tədbirə böyük maraq göstərib, suallar verib və öz düşüncələrini bölüşüblər. Bu cür tədbirlər məktəbdə oxu mədəniyyətinin formalaşdırılmasına və şagirdlərin ədəbi-estetik zövqünün inkişafına xidmət edir.