Məktəbin şagirdləri Dövlət Bayrağı Muzeyində

26 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 6”A” sinif şagirdləri Dövlət Bayrağı Muzeyinə maarifləndirici ekskursiya ediblər. Tədbirin məqsədi şagirdlərdə milli dəyərlərə hörmətin artırılması, Azərbaycanın tarixi və dövlət atributları haqqında biliklərin genişləndirilməsi olub.

Ekskursiya sinif rəhbəri Türkan İsmayılovanın və təşkilatçı müavin Nigar Süleymanovanın rəhbərliyi ilə təşkil olunub. Şagirdlər muzeydə Azərbaycan Respublikasının dövlət bayrağının yaranma tarixi, onun simvolik mənası və əhəmiyyəti ilə bağlı geniş məlumat əldə ediblər. Muzeyin bələdçiləri tərəfindən təqdim edilən eksponatlar və tarixi faktlar şagirdlərin böyük marağına səbəb olub.

Ekskursiya çərçivəsində şagirdlər milli kimliyimizin və dövlət rəmzlərinin qorunub saxlanılmasının vacibliyi barədə maarifləndirilib, eyni zamanda dövlətçilik ənənələri haqqında daha ətraflı bilgilər əldə ediblər.

Bu cür tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların milli şüurunun inkişafında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi