İnklüziv təhsilə dəstək: Valideynlərlə maarifləndirici görüş

2025-ci il 25 aprel tarixində 96 nömrəli tam orta məktəbdə inklüziv təhsil sahəsində mühüm bir təşəbbüs həyata keçirilib. İnklüziv təhsil üzrə mütəxəssis Gülnar Mirzəyevanın təşəbbüsü ilə “Fərdi fərdlərə həssas yanaşma” və “Fərqliliyə qucaq aç – inklüziv təhsilə cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihəsi çərçivəsində inklüziv təhsilə cəlb edilmiş şagirdlərin valideynləri ilə maarifləndirici görüş təşkil olunub.

Görüşün əsas məqsədi valideynlərin inklüziv təhsil sahəsində məlumatlılığını artırmaq, onların ehtiyaclarını və təkliflərini dinləmək, həmçinin mövcud problemlərin birgə müzakirəsini təmin etmək olub. Tədbir zamanı valideynlər inklüziv mühitdə övladlarının inkişafı, psixoloji dəstəkləri, fərdi tədris yanaşmaları ilə bağlı suallarını səsləndiriblər və bu suallar peşəkar mütəxəssislər tərəfindən cavablandırılıb.

Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, məktəbin psixoloqu Sevinc Abdullayeva və korreksiyaedici pedaqoqu Xəyalə Rzasoy da iştirak edərək, inklüziv təhsilin məktəbdə tətbiqi ilə bağlı görülən işlər, valideynlərlə əməkdaşlıq və şagird yönümlü dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.

Bu cür görüşlər valideynlərin prosesə daha aktiv qoşulması, övladlarının təlim-tərbiyə mühitindəki ehtiyaclarının daha yaxşı anlaşılması və müəllim-valideyn əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

96 nömrəli tam orta məktəbdə inklüziv təhsil yönümlü tədbirlər gələcəkdə də davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi