Neon İncəsənət Muzeyinə ekskursiya

19 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 6 “A” sinif şagirdləri Neon İncəsənət Muzeyinə maarifləndirici və maraqlı ekskursiya həyata keçiriblər. Ekskursiyanın əsas məqsədi şagirdlərə müasir incəsənətin yeni formalarını tanıtmaq, estetik zövqlərini inkişaf etdirmək və onların yaradıcı potensialını stimullaşdırmaq olub.

Ekskursiya zamanı şagirdlər rəngarəng neon işıqlarla işlənmiş incəsənət nümunələri ilə tanış olublar, müxtəlif tematik zonalarda maraqlı vizual instalyasiyaları izləyiblər və incəsənətin rəqəmsal və texnoloji imkanlarla necə birləşdirildiyinə şahid olublar.

Tədbirin xüsusi qonağı — muzeyin yaradıcısı və ideya müəllifi Fərid Ələkbərov olub. O, şagirdlərlə interaktiv və ilhamverici söhbət apararaq, bu unikal incəsənət məkanının yaradılma tarixindən, neon işığın simvolik və estetik dəyərindən, habelə müasir incəsənətin gənc nəsil üçün necə motivasiya mənbəyinə çevrilə biləcəyindən danışıb.

Fərid Ələkbərov vurğulayıb ki , incəsənət yalnız klassik rəsmlərlə məhdudlaşmır – neon kimi müasir texnologiyalardan istifadə edərək də emosiyalar ötürmək və mesaj vermək mümkündür. Şagirdlər onunla sərbəst şəkildə sual-cavab formatında dialoq qura biliblər və bu görüş onların yaddaşında dərin iz buraxıb.

Ekskursiyanın sonunda şagirdlər xatirə şəkilləri çəkdiriblər və gördükləri ilə bağlı təsəvvürlərini bölüşərək, bu kimi tədbirlərin onların düşüncə tərzinə və yaradıcılıq bacarıqlarına böyük təsir göstərdiyini bildiriblər.

Bu ekskursiya bir daha sübut etdi ki, məktəbdənkənar təlim fəaliyyətləri şagirdlərin dünyagörüşünü genişləndirir, incəsənətə olan marağını artırır və onların gələcək peşə yönümündə mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi