“Un məmulatlarının hazırlanma texnologiyası – Paxlava”

15 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə VIII “B”sinfində texnologiya fənni üzrə maraqlı və maarifləndirici açıq dərs keçirilib. Dərsin mövzusu “Un məmulatlarının hazırlanma texnologiyası – Paxlava” olub.

Təcrübəyə əsaslanan bu dərsdə şagirdlər Azərbaycan milli mətbəxinin zəngin nümunələrindən biri olan paxlavanın hazırlanma qaydaları, istifadə olunan ərzaqlar, hazırlıq mərhələləri və bu prosesin gigiyenik və texnoloji tələbləri barədə ətraflı məlumat əldə ediblər.

Dərs texnologiya müəllimi İradə Əhmədli tərəfindən təqdim olunub. Açıq dərs məktəbin təşkilatçısı Nigar Süleymanova, texnologiya müəllimləri Rəna Cəfərova və Elnarə Babayeva tərəfindən dinlənilib. Dərsin psixoloji müşahidəsini məktəb psixoloqu Sevinc Abdullayeva həyata keçirib. Müəllim şagirdlərə milli irsimizin bir hissəsi olan mətbəx mədəniyyətini öyrətməklə yanaşı, praktik bacarıqların formalaşmasına da xüsusi diqqət yetirib.

Dərs zamanı şagirdlər həm qrup, həm də fərdi şəkildə işləyərək paxlavanın müxtəlif mərhələlərini təcrübədən keçiriblər. Bu proses onlarda əmək vərdişləri, gigiyena qaydalarına əməl etmə bacarığı və milli dəyərlərə hörmət kimi keyfiyyətlərin inkişafına xidmət edib.

Məktəb rəhbərliyi bu cür fənlərarası və praktik yönümlü dərslərin şagirdlərin həm intellektual, həm də sosial bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayaraq bu təcrübənin davamlı olacağını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi