“İnsan alveri” mövzusunda maarifləndirici məşğələ

15 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə şagirdlərin hüquqi maarifləndirmə istiqamətində növbəti tədbir keçirilib. Tədbir məktəbin psixoloqu Sevinc Abdullayevanın təqdimatında VIII sinif şagirdləri üçün təşkil olunub. Məşğələnin əsas mövzusu müasir dövrün aktual problemlərindən biri olan “İnsan alveri” olub.

Məşğələ zamanı şagirdlərə insan alverinin nə olduğu, hansı formalarda rast gəlindiyi, bu cinayət növünün cəmiyyətə və fərdlərə vurduğu zərər, həmçinin qorunma yolları barədə ətraflı məlumat verilib. Psixoloq Sevinc Abdullayeva mövzuya uyğun təqdimat vasitəsilə insan alverinin xüsusilə yeniyetmələr üçün yaratdığı riskləri vurğulayıb və bu sahədə diqqətli, məlumatlı və hüquqlarını tanıyan vətəndaş kimi yetişməyin vacibliyini qeyd edib.

Məşğələ interaktiv şəkildə aparılıb, şagirdlərlə sual-cavab, situasiya müzakirələri və praktiki tapşırıqlar vasitəsilə onların mövzuya dair bilik və düşüncələrinin dərinləşdirilməsinə çalışılıb.

Bu cür tədbirlər məktəbdə şagirdlərin hüquqi maarifləndirilməsi, sosial rifahının təmin edilməsi və riskli davranışlardan qorunması baxımından əhəmiyyətli addımlardandır. Məktəb rəhbərliyi bu istiqamətdə mütəmadi olaraq maarifləndirici məşğələlərin keçirilməsini nəzərdə tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi