“Məktəbdən Başlayan Hüquqi Şüur” – Konstitusiya və Suverenlik İlinə Dəstək

Məktəbdən Başlayan Hüquqi Şüur” – Konstitusiya və Suverenlik İlinə Dəstək

11 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir təşkil olunub. “Məktəbdən Başlayan Hüquqi Şüur” adlı bu tədbir məktəbin direktoru Mehriban Hacıyeva və tarix müəllimi Nəzakət Əzizzadənin təşəbbüsü ilə həyata keçirilib.

Tədbir debat formatında keçirilib və əsas məqsəd IX sinif şagirdlərinə Azərbaycan Respublikasının Konstitusiyası haqqında əsaslı biliklərin aşılanması, onların hüquqi düşüncə tərzinin formalaşdırılması və vətəndaş məsuliyyətinə dair maarifləndirmə işinin gücləndirilməsi olub.

Müəllim və şagirdlərin fəal iştirakı ilə keçən debat zamanı Konstitusiyanın bölmələri və maddələri haqqında müzakirələr aparılıb, şagirdlər hüquqlar və vəzifələr, dövlət quruluşu, insan hüquqlarının müdafiəsi kimi mövzularda fikir mübadiləsi aparıblar.

Tədbirin davamlı xarakter daşıması, yəni hər ay iki dəfə təşkil olunması və nəticə etibarilə Konstitusiyanın bütün bölmə və maddələrinin əhatə olunması nəzərdə tutulur. Bu təşəbbüs məktəblilərin hüquqi biliklərini artırmaqla yanaşı, onların müzakirə, arqumentasiya və tənqidi düşüncə bacarıqlarının inkişafına da töhfə verir.

96 nömrəli məktəbin kollektivi bu təşəbbüsü hüquqi maarifləndirmənin məktəbdən başlaması və şagirdlərin hüquqşünas vətəndaşlar kimi formalaşmasına xidmət edən önəmli bir addım kimi qiymətləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi