Növbədənkənar Pedaqoji Şura iclası

10 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə növbədənkənar Pedaqoji Şura iclası keçirilib. İclas onlayn formatda – Microsoft Teams platforması üzərindən təşkil olunub. Saat 15:00-da başlayan iclasda məktəbin pedaqoji heyəti gündəlikdə duran aktual məsələləri müzakirə edib.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. IV və VI siniflərdə may ayında MUTDA tərəfindən keçiriləcək monitorinq haqqında məlumat – bu barədə məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək monitorinqlə bağlı məqsəd, əhatə dairəsi və tətbiq olunacaq mexanizmlər barədə məlumat verib.
2. IX siniflərin buraxılış imtahanına son hazırlıq vəziyyəti – müavin Mahirə Rüstəmova şagirdlərin 27 apreldə keçiriləcək imtahana hazırlıqları, tədris strategiyaları və ümumi nəticələr barədə təqdimatla çıxış edib.
3. Sinif otaqlarında cari vəziyyətin təhlili: təchizat, dizayn və sanitar-gigiyenik şərait – məsələ ətrafında təşkilatçı Nigar Süleymanova çıxış edərək təklif və tövsiyələrini bildirib.
4. Müəllimlərin inkişaf səviyyəsinin qiymətləndirilməsi: məktəbdə tətbiq ediləcək yeni qiymətləndirmə mexanizmi – bu barədə direktor Mehriban Hacıyeva məlumat verib.
5. ART tərəfindən hazırlanmış “Ümumtəhsil müəssisəsində keyfiyyətin qiymətləndirilməsi” çərçivə sənədinin təqdimatı – Mehriban Hacıyeva sənədin əsas müddəalarını və məktəbdə tətbiqi yollarını iştirakçılarla paylaşıb.
6. Yaz təmizliyi və iməcilik tədbirlərinin təşkili və planlaşdırılması – İməclik və əhatəli təmizlik tədbirlərin keçirilməsi barədə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Aşafatma Ağakişiyeva məlumat verib.
İclas zamanı gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. Sonda isə gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.