Peşə Təhsili üzrə Görüş

10 aprel 2025-ci il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlim ustaları – Allahverdiyeva Nailə və Yusifova Simuzər – 96 nömrəli tam orta məktəbdə buraxılış sinif şagirdləri ilə görüş keçiriblər.
Görüş zamanı şagirdlərə peşə təhsilinin əhəmiyyəti, müasir əmək bazarının tələbləri və təklif olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Təlim ustaları Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində mövcud olan tədris imkanları, təcrübə proqramları və gələcəkdə işlə təmin olunma perspektivləri barədə ətraflı danışaraq şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Görüş buraxılış sinif şagirdlərinin gələcək peşə seçimi ilə bağlı daha məlumatlı qərar verməsinə dəstək məqsədi daşıyır və onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına kömək edir. Bu cür görüşlər şagirdlərə müxtəlif peşə sahələri ilə yaxından tanış olmaq və öz maraq dairələrini müəyyənləşdirmək baxımından əhəmiyyətli rol oynayır.