Elan

96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva tərəfindən vətəndaş qəbulu elan edilir.

Qəbulun məqsədi təhsil sahəsində fəaliyyət göstərən elektron sistemlər (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-Məzun sistemi, Rəqəmsal Platforma, Elektron jurnal və s.) üzrə maarifləndirmə işinin təşkili və vətəndaş müraciətlərinə operativ cavab verilməsidir.

Qəbul günü: Hər həftənin ikinci günü

Qəbul edən şəxs: Məktəbin direktoru Mehriban Hacıyeva

Ünvan: 96 nömrəli tam orta məktəb, Sülh küçəsi 32

Əlaqə nömrələri:

• Şəhər telefonu: 012 428 31 18

• Mobil: 055 241 00 71

Elektron poçt: [email protected]

Qəbul zamanı aşağıdakı suallar üzrə vətəndaşların məlumatlandırılması təmin ediləcək:

• I sinfə hansı yaş uşaqlar qəbul edilir?

• I sinfə şagird qəbulu hansı formada aparılır?

• Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?

• Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?

• Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?

• Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?

• Məktəbəhazırlıq qruplarına qəbul hansı formada həyata keçirilir?

• Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim-tərbiyəyə cəlb edilə bilərmi?

• I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?

• Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?

• Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?

• Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?

• X sinfə şagird qəbulu hansı formada aparılır?

• Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?

Qeyd: Maarifləndirmə və məlumatlandırma məqsədilə təşkil olunan bu qəbulda bütün valideynlər və maraqlı vətəndaşlar iştirak edə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi