31 Mart Soyqırımı və Aprel Döyüşlərinə həsr olunmuş dərslər

1 aprel 2025-ci il tarixində Bakı şəhərində yerləşən 96 nömrəli tam orta məktəbin 6 “A” sinfində Azərbaycan tarixi fənnindən “31 Mart Soyqırımı və Aprel Döyüşləri” mövzusunda dərs keçirilib. Dərs müəllim Nəzakət Əzizzadə tərəfindən aparılıb və təşkilatçı Nigar Süleymanova və tarix müəllimləri tərəfindən dinlənilib.

Dərsin məqsədi şagirdlərə Azərbaycan tarixinin mühüm hadisələrində olan 1918-ci il 31 Mart Soyqırımı və 2016-cı il Aprel Döyüşləri haqqında ətraflı məlumat vermək, onların tarixi yaddaşını möhkəmləndirmək və vətənpərvərlik ruhunu yüksəltmək olub.

Müəllim Nəzakət Əzizzadə dərsin məqsədini və əhəmiyyətini izah edərək, şagirdlərin diqqətini mövzuya yönəldib. Müəllim 1918-ci ilin mart ayında erməni-bolşevik silahlı dəstələrinin Bakı və digər bölgələrdə azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında danışıb. Bu hadisələr nəticəsində minlərlə günahsız insanın həyatını itirdiyi və yüzlərlə yaşayış məntəqəsinin dağıdıldığı vurğulanıb. Şagirdlərə bu faciənin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti izah edilib. Daha sonra, müəllim 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə haqqında məlumat verib. Azərbaycan Ordusunun bu döyüşlərdə qazandığı qələbələr, işğal altında olan bəzi strateji ərazilərin azad edilməsi və ordumuzun gücünün nümayiş etdirilməsi xüsusilə qeyd edilib.

Dərsin sonunda şagirdlər mövzu ilə bağlı suallarını veriblər və müəllim onların suallarını cavablandırıb. Şagirdlər arasında tarixi hadisələrə dair fəal müzakirələr aparılıb, bu da onların mövzuya olan marağını və anlayışını artırıb.

Bu dərs vasitəsilə şagirdlər Azərbaycan tarixinin mühüm hadisələri haqqında dərin biliklər əldə ediblər və vətənpərvərlik ruhları daha da möhkəmlənib. Müəllim Nəzakət Əzizzadə və təşkilatçı Nigar Süleymanovanın birgə səyi nəticəsində dərs yüksək səviyyədə keçib və şagirdlərin tarixi yaddaşına mühüm töhfə verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi