"Tarixi şüurun formalaşmasında Aprel döyüşlərinin rolu” adlı maarifləndirici dərs

01 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 5 “C”sinfində Azərbaycan tarixi fənnindən “Aprel döyüşləri” mövzusunda maarifləndirici dərs keçirilib. Dərs müəllim Türkan İsmayılovanın rəhbərliyi ilə təşkil olunub və dərsin keyfiyyətini izləmək məqsədilə təşkilatçı Nigar Süleymanova dərsdə iştirak edib.

Dərsin əsas məqsədi şagirdlərə 2016-cı ilin Aprel döyüşləri barədə ilkin və aydın məlumatlar vermək, onların tarixə marağını artırmaq və vətənpərvərlik hisslərini inkişaf etdirmək olub. Erkən yaşlardan gənc nəslin milli dəyərlərlə tanışlığı və qəhrəmanlıq tariximizə bələd olması böyük əhəmiyyət daşıyır.

Dərs canlı və maraqlı atmosferdə keçib. Müəllim Türkan İsmayılova Aprel döyüşlərinin başvermə səbəbləri, cərəyanı və nəticələri haqqında sadə və anlaşıqlı dildə məlumat verib. Şagirdlərə həmin döyüşlər zamanı qəhrəmanlıq göstərmiş əsgərlərimizin şücaətindən bəhs olunub. Vizual materiallar və qısa videolar vasitəsilə dərs daha da maraqlı və yadda qalan olub.

Şagirdlər Aprel döyüşlərinin Azərbaycanın hərbi gücünü nümayiş etdirdiyini və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin simvolu olduğunu anladıblar. Onların fəal iştirakı, suallar verməsi və fikirlərini bildirməsi dərsin effektivliyini artırıb.

Dərs sonunda müəllim və təşkilatçı şagirdlərlə birlikdə Aprel döyüşlərinin tarixi əhəmiyyətini və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Türkan İsmayılovanın peşəkar yanaşması və Nigar Süleymanovanın təşkilatçılığı ilə dərs yüksək səviyyədə başa çatıb. Bu cür dərslər vətənpərvər, tarixini sevən və tanıyan bir gənc nəslin formalaşmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi